• $
  • €
  • ₽
  • ₺
  • £

Gey-təbliğat qanunu konstitusiyaya zidd bilindi

Gey-təbliğat qanunu konstitusiyaya zidd bilindi
28.05.2020 20:31
Qazaxıstan Konstitusiya Şurası "qeyri-ənənəvi cinsi əlaqələri” qadağan edən Rusiya sayağı qanun layihəsini konstitusiyaya uyğun olmayan bilib.
"Uşaqların səhhəti və inkişafına zərər vuran məlumatdan müdafiə olunması haqqında” adlanan qanun layihəsinin müddəalarından biri "qeyri-ənənəvi cinsi oriyentasiya təbliğ edən” məlumat üzərində qadağanı nəzərdə tutur.

Qanun layihəsi bir çox cəhətdən artıq Rusiyada qəbul olunmuş bu kimi qanunvericiliklə eynidir.
Konstitusiya Şurası qənaətə gəlib ki, qanun layihəsi yetərincə dürüst ifadə olunmayıb və bir sıra konstitusiya müddəalarının pozulmasına gətirə bilər. Bundan başqa, Şura qanun layihəsinin qazax və rus dillərindəki mətnlərinin mənaca fərqli olduğunu qərara alıb.
Şuranın qərarı mayın 18-də qəbul olunub, lakin bu barədə bazar ertəsi məlum olub.
Human Rights First Amerika hüquq müdafiə təşkilatı Şura tərəfindən qanun layihəsinin konstitusiyaya zidd tanınmasını alqışlayıb.

MOK Xartiyası

Human Rights First həmçinin qeyd edir ki, qanun layihəsini təcrid etmək qərarı Qazaxıstana 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsinə daha inadla iddia etməyə imkan verər.

Human Rights First nümayəndəsi Shawn Gaylord Şuranın bu qərarını "Qazaxıstanda insan haqları uğrunda mübarizədə vacib” adlandırıb.
Təşkilat ABŞ hökumətini "lesbian, gey, biseksual və transgender birliklərinin hüquqlarını məhdudlaşdıran qanun və siyasətlərin yayılması” adlandırılan prosesin Rusiyadan qonşu ölkələrə yayılmasına müqavimət göstərməyə səsləyir.
Daha əvvəl bir çox tanınmış idmançılar, o cümlədən Martina Navratilova, bəyan ediblər ki, ölkədə homofob qanunlar qəbul olunarsa, Qazaxıstan Olimpiadanın ev sahibliyinə iddia edə bilməz.

Onlar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Thomas Bach-ı Astananın Beynəlxalq Olimpiya Komitəsinin ayrıseçkiliyə yol verməmək prinsiplərinə əməl etməsi üçün təzyiq göstərməyə çağırıblar.
2014-cü ilin dekabrında BOK Olimpiya Xartiyasına seksual oriyentasiya əsasında ayrıseçkilikdən müdafiə haqqında bənd əlavə edib.
2022-ci ildə Qış Olimpiadasını keçirməyə Almatı və Pekin iddia edirlər.

Oyunların harada keçiriləcəyi iyulun 31-də Malayziyanın paytaxtı Kuala-Lumpurda elan olunacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol