• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

MHP-nin koalisiya üçün irəli sürdüyü şərtlər məlum oldu

MHP-nin koalisiya üçün irəli sürdüyü şərtlər məlum oldu
09.06.2015 17:13
Türkiyədə keçirilən parlament seçkisində 16,29 faiz səs toplayaraq Böyük Millət Məclisində 80 deputat yeri qazanan Milliyətçi Hərəkat Partiyasının (MHP) koalisya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbəb verir ki, partiya şərtləri rəsmi formada açıqlamasa da, yerli KİV bununla bağlı "yol xəritəsi"ni yayıb.

Xəbərə görə, MHP koalisiya hökuməti ilə bağlı hazırladığı "yol xəritəsi"ndə şərtlər irəli sürüb. Partiya hesab edir ki, milliyyətçilərin təmsil olunduğu koalisiya hökuməti Ədalət və İnkişaf Partiyasının Türkiyənin idarəçilik quruluşunun dəyişdirilərək prezidentlik sisteminə keçiləcəyi haqda vədindən imtina etməlidir, dövlətin untar quruluşu dəyişdirilməməlidir, PKK-nın yaratdığı problemlərin həllinə yönələn çözüm prosesi layihəsinə son verilməlidir: "Prezidentlik sisteminə keçiləcəyi haqda vəddən imtina edilsin və parlament sistemi davam etdirilsin, yeni konstitusiyanın hazırlanması istiqamətində işlər davam edəcəksə, türk kimliyi və dövlətin unitar quruluşunda heç bir dəyişiklik edilməsin, "çözüm sürəci" adlanan prosesdən terrorun siyasi bağları yararlandığından ölkənin mövcudluğu üçün bundan imtina edilsin. Rüşvət və korrupsiya iddiaları araşdırılsın".

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkisində ən çox səs toplayan Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunu qəbul edəcək və ona koalisiya hökumətinin qurulması ilə bağlı görüşlər keçirməsini tapşıracaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol