• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”

Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”
15.07.2015 16:18

"Azərbaycanın Şanxay Əməkdaşlığı Təşkilatı ilə gələcək inteqrasiyasının səviyyəsi Bakının qəbul edəcəyi qərarlardan asılıdır"

"Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusu alsın”.
 
APA-nın "Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Şanxay Əməkdaşlığı Təşkilatı işləri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean əməkdaşlığı departamentinin direktoru Bəxtiyar Həkimov deyib.
 
O qeyd edib ki, dialoq üzrə tərəfdaşlıq praktiki əməkdaşlığı qurmağa imkan verir. "Bu isə müşahidə aparmaqdan daha faydalıdır”, - deyə diplomat vurğulayıb.
 
B. Həkimov bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlığı Təşkilatı ilə gələcək inteqrasiyasının səviyyəsi Bakının qəbul edəcəyi qərarlardan asılıdır. "Özü-özlüyündə bu ölkənin potensialı bəllidir. İqtisadiyyat, siyasət və mədəniyyət baxımından Azərbaycan dialoq üzrə tərəfdaş olan digər ölkələr kimi əhəmiyyətli töhfə verə bilər. Çünki Şanxay Əməkdaşlığı Təşkilatı mədəniyyətləri, etnosları və dinləri özündə cəmləşdirən unikal təşkilatdır. Yeni tərəfdaşların, dövlətlərin gəlişi yalnız alqışlanır”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, bu günlərdə Ufada keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının sammitində Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Kamboca və Nepala tərəfdaş statusunun veriləcəyini bəyan edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”
Dünya 16:18
Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”
Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”
Dünya 18:49
Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”
Ermənilər Xocalıda ekokənd yaradırlar
Dünya 17:22
Ermənilər Xocalıda ekokənd yaradırlar
Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək
Dünya 11:23
Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol