Yenicag.az-a müraciət edən Xaçmaz şəhər sakini Aydəmirov İsmayıl Əli oğlu bu il mayın 27-si gecə saatlarında polislər tərəfindən saxlanılan oğlu Mirəlinin ölümündə asayiş keçikçilərini suçlayır.
İsmayıl Aydəmirovun sözlərinə görə, mərhum oğlunun polis tərəfindən hansı ərazidə və əsasla saxlanıldığı haqda ona indiyə qədər məlumat verilmir:
"Bu il mayın 27-si gecə saat 1-2 arası yoldaşıma zəng edib, dedim, halım pisləşib, Mirəlini yanıma göndərsin. Mirəlinin qaldığı evlə mənim evimin arasında 20 dəqiqəlik yol var.
Mirəli evdən çıxandan sonra onu hansı məhəllədə, hansı küçədə polis saxlayıb, onu dəqiq bilmirəm. İyirmi gündür, bu barədə mənə heç bir məlumat vermirlər.
Mirəli öldürüləndən sonra morqda meyidini yarıblar, ancaq indiyə qədər ekspertizanın nəticələrini bizə vermirlər. Mirəlini polisə aparıblar. Gecə saat 03:50-də Xaçmaz rayonu təcili tibbi yardım şöbəsinə zəng edilib. Bu barədə "103” xidmətdən arayış almışam.
Arayışda deyilir ki, təcili yardım Aydəmirov Mirəli İsmayıl oğlu üçün çağırılıb. Orada Ələsgərov soyadlı şəxs olub. Həkimlər deyirlər ki, onlar çağırış yerinə çatanda, Mirəlinin ölümcül vəziyyətdə olduğunu görüblər”.
İsmayıl Aydəmirov sözlərinə görə, oğlunu şöbədən bayıra çıxrıb, orada döyüblər:
"Şahidlər deyirlər ki, onun döyülməsinin səsini eşidiblər. Özüm araşdırmışam, həmin gün növbətçi mayor Nəzər Həbibov olub. Lap oğlumda atom bombası tutmuşdular, buna görə onu öldürməli idilər?
Müstəntiq deyir ki, oğlunun üstündə nəşə tutublar. Üstündə nəşə tutulan adamı döyüb öldürürlər? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib ki, Mirəli peradoz vəziyyətdə olub, başını divara vurub, buna görə ölüb. Şəkillərə baxın, görün, özü başını divara vuran adam bu hala düşər?”
Ölkə rəhbərliyinə müraciət edən İsmayıl Aydəmirov oğlunun qatillərinin aşkarlanaraq, cəzalandırılmalarını istəyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !