Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !