Xalq artisti Fuad Poladovla bağlı faktları açıqladı

11:53 | 14.05.2018
Xalq artisti Fuad Poladovla bağlı faktları açıqladı

Xalq artisti Fuad Poladovla bağlı faktları açıqladı

Xəzər televiziyasında yayımlanan "Hər şey daxil” verilişinin bugünkü buraxılışı xalq artisti, mərhum aktyor Fuad Poladova həsr olunub.

Yenicag.az xəbər verir ki, verilişdə qonaq olan xalq artisti Ramiz Məlik sənət dostu ilə bağlı maraqlı faktlar açıqlayıb:

"Fuad iki dəfə Akademik Milli Dram Teatrından gedib. Birinci dəfə teatrdan 1989-cü ildə gedib və  Azərpaşa Nemətovun quruluşunda təqdim olunan "Hamlet” tamaşasında oynamaqla teatra qayıdıb.

Fuad hədsiz dərəcədə tələbkar aktyor idi. Deyirdi ki, heç vaxt icazə vermərəm səhnədə yüngüllük etsinlər. Amma həyatda onun qədər zarafatcıl, üzügülər, dostcanlı adam görməmişəm. Onunla dəfələrlə məclislərdə olmuşam, çox zarafatcıl insan idi”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM