Xalq artisti komaya düşüb?

00:14 | 29.07.2018
Xalq artisti komaya düşüb?

Xalq artisti komaya düşüb?

SSRİ və Rusiyanın xalq artisti, tanınmış müğənni, Dövlət Dumasının deputatı İosif Kobzon komaya düşüb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onun vəziyyəti bu gecə qəfildən kəskin pisləşib. Daha öncə müğənninin ciyər aparatına qoşulduğu bildirilirdi. 

Duma rəsmisi iyulun 20-də xəstəxanalardan birinin neyrocərrahiyyə bölməsinin reanimasiyasına yerləşdirilmişdi. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilirdi. 

Ümumiyyətlə Kobzonun sağlamlığı ilə bağlı problem 2001-ci ildən başlayıb. 2004-cü ildə o onkoloji xəstəlikdən müalicə edilib. Bundan sonra Kobzon bir neçə dəfə əməliyyat masasına uzanıb, kimyaterapiya müalicələri almalı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM