Xalq artisti təcili əməliyyat olunmalıdır

11:44 | 17.06.2017
Xalq artisti təcili əməliyyat olunmalıdır

Xalq artisti təcili əməliyyat olunmalıdır

Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb.

Anews.az Yenicag.az-a istinadla xəbər verir ki, o, Türkiyədə əməliyyat olunacağını bildirib.

"Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”,-deyə R.Hüseynov vurğulayıb.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM