Xalq artisti xəstəxanadan çıxdı

13:35 | 30.01.2015
Xalq artisti xəstəxanadan çıxdı

Xalq artisti xəstəxanadan çıxdı

Yanvarın 23-də xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova dünən axşam evə buraxılıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, beyin-qan dövranının kəskin pozulması diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilən xalq artistinin səhhəti yaxşılaşıb və o, dünən axşam evə buraxılıb.

Xəstəxananın baş həkimi Nəriman Məmmədov xalq artistinin insult keçirdiyini və reanimasiya şöbəsinə yerləşdirildiyini demişdi.

Qeyd edək ki, xalq artistinin vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən nəzarətə götürülmüşdü.

Aktrisa hazırda bacısının evində qalır.

Qeyd edək ki, Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub. M.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. Fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya gəlişi isə 1982-ci ildə "Mozalan” süjetlərində çəkilməklə olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM