Xamneyi: "İranı diz çökdürə bilmədilər"

19:39 | 25.11.2014
Xamneyi: "İranı diz çökdürə bilmədilər"

Xamneyi: "İranı diz çökdürə bilmədilər"

İran dini lideri Ayətullah Əli Xamneyi "ABŞ və Avropanın müstəmləkəçi gücləri İranı diz çökdürmək üçün birləşdilər, ancaq bacarmadılar və bacara bilməyəcəklər" deyib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Xamneyi Qum şəhərində 23-24 noyabrda təşkil edilən konfransın iştirakçılarını Tehranda qəbul etdiyi zaman gündəmdəki mövzulara toxunub.İŞİD-in "Qlobal güclərin məqsədlərinə xidmət etdiyi" fikrini dilə gətirən Xamneyi Ərəb ölkələrində yaşanan xalq hərəkatlarını da "İslami oyanış" şəklində xarakterizə edərək, "təfkirçilərin bölgədəki "İslami Oyanışı" təhrif etməyi bacardığını söyləyib: "ABŞ və zülmə qarşı başlayan xalq hərəkatları müsəlmanlar arasında davaya və qardaş qətlinə döndü. ABŞ İŞİD-ə fitnə verir. Bizə çatan məlumata görə, ABŞ İraqda İŞİD-in əlindəki bölgələrə hava yolu ilə silah və sursat yardımı edib və bu 5 dəfə baş tutub".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür