Noyabrın 8-də Xankəndinə hərbi parad keçiriləcək. Bu barədə Azərbaycan Televiziyası görüntülər yayıb.
Bildiriib ki, Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.
Sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi antiterror əməliyyatından sonra Azərbaycan polisləri Xankəndinə nəzarəti bərpa edib. Bundan sonra ölkə Prezidenti İlham Əliyev oktyabrın 25-də Xankəndinə Azərbaycan bayrağını ucaldıb.
Azərbaycanda hər il noyabrın 8-də Zəfər Günü qeyd edilir.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb.
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !