Xankəndində fəaliyyət göstərən obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır

10:24 | 28.06.2024
Xankəndində fəaliyyət göstərən obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır

Xankəndində fəaliyyət göstərən obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır

Növbəti aylarda Xankəndində fəaliyyət göstərən obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır. Bunu Xankəndi, Ağdərə, Xocalı üzrə prezidentin xüsusi nümayəndəsi Elçin Yusufov deyib.

"Hazırda 43 obyektin açılması təmin edilib. Yaxın aylarda bu rəqəmin 80-ə çatdırılması planlaşdırılır. Bununla da iş yerlərinin sayı 1350 çatacaq",- Yusufov iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə çıxışı zamanı deyib.

Elçin Yusufov bildirib ki, həmçinin Xocalıda 462 sahibkarlıq obyekti müəyyən edilib və onların fəaliyyətə başlaması üçün işlər davam edir. 

Prezidentin xüsusi nümayəndəsi ilin sonuna kimi ümumilikdə Xocalı ümumulikdə 228 ailənin köçürülməsi təmin edililəcək. Suqovuşana isə 190 ailənin yerləşdirilməsi nəzərdə tutulur.

Yusufov vurğulayıb ki, hazırda Xankəndində yaşayan və işləyən 3000 şəxs var.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM