Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

18:11 | 19.03.2015
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycanda şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanının – SAT-ın (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) mayın 2-də keçirilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprelin 7-si saat 09:00-da bitəcək.

İmtahan mayın 2-də saat 08:30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Qeyd edək ki, SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. Bu imtahan Azərbaycanda ilk dəfə bu il yanvarın 24-də keçirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM