2024-cü yanvar-mayında 808,1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə gedib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,5% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Xaricə gedənlərin 67,3%-i kişilər, 32,7%-i qadınlardır.
Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4%, Türkiyəyə gedənlərin sayı 27,1%, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiya Federasiyasına gedənlərin sayı 14,9% artıb.
Azərbaycan vətəndaşlarının 38,9%-i Türkiyəyə, 21,9%-i Rusiya Federasiyasına, 8,9 %-i Gürcüstana, 8,6%-i İrana, 21,7%-i digər ölkələrə səfər edib.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, 2024-cü ildə 2 milyon 900 min turistin Azərbaycana gəlməsi planlaşdırılır.
2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !