2023-cü ilin yanvar-noyabrında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 991,2 milyon manatlıq əməliyyat aparıb, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın dekabr buraxılışında bildirilib.
Cari ilin noyabrında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 181,8 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.
Gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.
2022-ci ilin yanvar-sentyabrında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,8 milyard manatlıq əməliyyat aparıblar.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !