2017-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 47, 4 min nikaha daxilolma qeydə alınıb.
Anews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.
R.Süleymanov qeyd edib ki, həmin nikahlardan 1756-sı xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında bağlanıb: "Nikahlardan 899-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 857-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında kəsilib”.
Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xaricilər əsasən, Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır. Dövlət Komitəsi, eyni zamanda, əcnəbilərlə nikaha daxil olan azərbaycanlıların boşanma halları ilə bağlı statistik müşahidə aparılmadığını açıqlayıb.
2017-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 47, 4 min nikaha daxilolma qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.
R.Süleymanov qeyd edib ki, həmin nikahlardan 1756-sı xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında bağlanıb: "Nikahlardan 899-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 857-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında kəsilib”.
Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xaricilər əsasən, Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır. Dövlət Komitəsi, eyni zamanda, əcnəbilərlə nikaha daxil olan azərbaycanlıların boşanma halları ilə bağlı statistik müşahidə aparılmadığını açıqlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !