ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə XDNU-nun rektoru Sergey Pançenko məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın heç bir başqa ali təhsil müəssisəsində XDNU-dakı qədər azərbaycanlı tələbə təhsil almır - bütün kurslar üzrə onların sayı 360 nəfərdir. "Onlar daşınma proseslərinin idarə olunması, dəmir yollarının tikintisi, avtomatika, mexanika və başqa ixtisaslar üzrə təhsil alırlar", - deyə o bildirib.
Pançenkonun məlumatına görə, ali təhsil ocağına belə bir marağın olması ilə əlaqədar Azərbaycanda nümayəndəlik açmaq zərurəti ortaya çıxıb.
"Universitet bu ideyanı ardıcıl şəkildə reallaşdıracaq. 2014-cü ilin oktyabrında akademiya rəsmi universitet statusunu aldı. Rəsmi tanınma təhsil müəssisəsinin sənədləşməsinin ali təhsil haqqında yeni qanuna uyğunlaşdırılması prosesinə başlanmasına gətirib çıxardı. İndi, bu iş başa çatan kimi ali təhsil müəssisəsi də universitet oldu, Azərbaycanda filialın və XDNU nümayəndəliyinin yaradılması barədə danışıqlara başlamaq imkanı var", - deyə Pançenko qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !