"Barselona" klubunun yarımmüdafəçisi Xavi Hernandez milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu bu barədə keçirdiyi mətbuat konfransında deyib.
"Artıq İspaniya milli komandasında oynamayacam. Yığmada keçirdiyim illər həqiqətən də möhtəşəm idi. Komandaya gələcək oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, 2008 və 2012-ci illərdə Avropa çempionu olan 34 yaşlı 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının da qızıl medallarına sahib çıxıb. Ümumilikdə yığmada 133 oyuna Xavi 13 qola imza atıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !