Xəstələr sizin pulunuza ehtiyac duyur, çimməyinizə yox! - KÖŞƏ

15:48 | 29.08.2014
Xəstələr sizin pulunuza ehtiyac duyur, çimməyinizə yox! - KÖŞƏ

Xəstələr sizin pulunuza ehtiyac duyur, çimməyinizə yox! - KÖŞƏ

Kamal ƏliDünya indi "Qanqam Stayl" oynamır, başına bir vedrə soyuq su tökməklə məşğuldur.Bilməyənlərin yadına salaq ki, başına su tökməyin mənası budur: adam könüllü olaraq başına buzlu su tökür, sonra istədiyi adamlara eyni hərəkəti təkrarlamaq üçün çağırış edir. Onlar da öz növbəsində, 24 saat ərzində ya bu proseduru təkrarlamalıdır, ya da ağır xəstəlik olan amiotrofik sklerozun öyrənilməsi üzrə fonda ianə bağışlamalıdır.Bu kampaniyaya iyulda start verildi. Aksiyada dünya miqyaslı onlarla ulduz iştirak etdi: Microsoft şirkətinin keçmiş rəhbəri Bill Qeyts, müğənni və aktyor Castin Timberleyk, Facebookun yaradıcısı Mark Zukerberq, müğənni Ledi Qaqa, televiziya aparıcısı Opra Uinfri, müğənni Cennifer Lopes və bir çox başqaları. Pop-müğənni Castin Biber iki dəfə üstünə soyuq su tökdü və estafeti Barak Obamaya və həmçinin bütün azarkeşlərinə verdi. Aksiya nəticəsində artıq 42 milyon dollar pul yığılıb.Əlbəttə, yaxşı fikirdi, amma oyunun mahiyyəti çox az adama bəlli olduğundan kampaniyaya eybəcər çalarlar əxz olunub. Xalqa yalnız o  bildirilir ki, kim başına soyuq su tökməyi xəstələrin müalicəsi üçün pul verməkdən üstün tutur?  Qaydalardan hamının bixəbər olması belə təəssürat yaradır ki, biri digərini sadəcə başına su tökməyə dəvət edir.Azərbaycanda üstünə su tökməyə qərar verən (yəni pul xərcləməkdən qaçan) məşhur "Kim? Harada? Nə vaxt?" intellektual oyununun aparıcısı, "Büllur bayquş", "Brilliant bayquş" mükafatlarının sahibi və "Klubun ən yaxşı kapitan Paqonu"nu əldə etmiş Balaş Qasımovdur.Onun üstünə su tökməsi barədə elə xəbər verildi ki, sanki Azərbaycana demokratiya hədiyyə olunub. Bu adamların cəsarətlərinə, prinsipiallıqlarına, özlərini xalqa qurban verməklərinə, demokratiya uğrunda və totalitarizmə qarşı mübarizələrində qərarlı olmaqlarına heyran qalıram. Asan məsələ deyil – üstünə bir vedrə su tökəsən və təqiblərdən, türməyə düşmək riskindən, döyülməkdən, narkotik və ya silah saxlamaqda ittiham olunmaqdan qorxmayasan. Görün Balaş Qasımov və onun silahdaşları necə də cəsarətli və vətənpərvər insanlardır!Məşhur Azərbaycan müğənnisi Nadir Qafarzadə isə “The ALS Ice Bucket Challenge” fonduna 1000 manat məbləğində yardım etdi.“Başa buzlu su tökmək aksiyasını görərkən düşündüm ki, yardım etmək əvəzinə, belə etmək nəyə lazımdır? Buzlu su xəstələrə kömək etməyəcək. Bədəniniz üçün duş qəbul etməkdənsə, qəlbiniz üçün duş qəbul edin”, - müğənni belə fikirləşir.Məgər düz deyil, amma nədənsə, belə insanlar haqqında heyranlıqla yazmırlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür