• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

"Xətai" metrosu bağlanır

28.05.2020 20:57
Metronun "Xətai” stansiyasının bağlanacağı və açılacağı tarix məlum olub.

Axar.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb: "Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, "Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Təmir müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək".

B. Məmmədov deyib ki, "Xətai" stansiyasında istismar müddətini başa vurmuş 3 eskalator yeniləri ilə əvəzlənəcək: "1968-ci ildən stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

Esklatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görüləcək. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub".

B. Məmmədov deyib ki, esklatorların sökülüb yenilənməsi ilə yanaşı, "Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Həmin müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

"Xətai" stansiyasında təmir-bərpa işləri səbəbindən "Xətai-Cəfər Cabbarlı" mənzilində də sərnişin qatarları hərəkət etməyəcək. Lakin "Cəfər Cabbarlı"stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlər buradan "28 May" stansiyasına keçid kimi istifadə edə biləcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol