Xətai sakinləri küçə itlərindən şikayət edirlər

12:31 | 15.08.2015
Xətai sakinləri küçə itlərindən şikayət edirlər

Xətai sakinləri küçə itlərindən şikayət edirlər

Xətai rayonunda General Şıxlinski küçəsində 49 saylı binada yaşayan sakinlər evlərindən çölə çıxmağa ehtiyat edirlər. 

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin dediklərinə görə, ərazidə olan binaların ətrafında sahibsiz itlər "qəsəbə” salıblar. Onlar gecə-gündüz ulaşırlar, bununla əlaqədar sakinlər uşaqlarını sərbəst buraxmağa ehtiyat edirlər.

Sakinlər qeyd ediblər ki, bununla bağlı onlar Xətai Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə və ərazi üzrə 96 saylı MİS-ə (Mənzil İstismar Sahəsi) müraciət etsələr də onların məsələsinə baxan olmayıb.

Məsələ ilə bağlı Xətai Rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-a bildiriblər ki, bu məsələyə onlar yox, Xətai MKTB (Mənzil Kommunal Təsərrüfat Birliyi) baxır.

Ərazi üzrə Xətai rayon 96 saylı MİS ilə əlaqə qurmağa çalışsaq da bu, mümkün olmadı.

Ümid edirik ki, aidiyyatı qurumlar məsələni itləri güllələməklə yox, onları sığınacağa yerləşdirməklə həll edəcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür