Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub

18:53 | 13.09.2023
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası olub

Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Danışıqlarda Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.
İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunmasının metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıblar. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək.

İclas zamanı, həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM