“Xəzər Lənkəran” azarkeşləri liderdir

02:06 | 23.12.2013
“Xəzər Lənkəran” azarkeşləri liderdir

“Xəzər Lənkəran” azarkeşləri liderdir

Topaz Premyer Liqasının ilk yarısının oyunlarını 144 min 750 tamaşaçı izləyib. 

ANN.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, arxada qalan 2 dövrənin 18 turunun 90 qarşılaşmasında orta izləyici sayı 1608-ə bərabər olub.

Ev oyunlarında ən çox tamaşaçı toplayan komanda “Xəzər Lənkəran”dır. Cənublular bu göstəricidə 2-ci olan “Sumqayıt”ı təxminən 3 qat üstələyir. 3-cü yerdə isə “Neftçi”dir. Ən az azarkeş isə “Rəvan”ın öz meydanındakı qarşılaşmalarda olub.

“Xəzər Lənkəran” səfər oyunlarında da hamıdan çox azarkeş toplamağı bacarıb. Bu göstəricidə lideri “Neftçi” ilə “Qəbələ” izləyir. Çempionatın autsayderi “Sumqayıt” burada da sonuncudur. 

18 turun oyunları 11 stadionda keçirilib. “Xəzər Lənkəran”ın tamaşaçı sayındakı aşkar liderliyi komandanın ev matçlarını keçirdiyi stadionun azarkeş toplaması ilə bağlıdır. Arenalar arasında 1-ci olan cənub təmsilçisinin stadionu Zaqatala və Sumqayıtdakı stadionları qabaqlayır. Tamaşaçıların ən az getdiyi stadion isə “Dalğa Arena”dır. Ümumiyyətlə son 6 yerdə paytaxtdakı arenalardır. 

Mövsümün ilk yarısında ən çox tamaşaçı toplayan 5 qarşılaşmanın hamısı Lənkəranda meydan sahiblərinin iştirakı ilə keçirilib. “Top-5”də 6500-dən çox seyrçi toplayan görüşlər yer alıb. Mövsümün rekordu isə “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”a məxsusdur – 10 min.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM