Xəzərdə güclü yanğın, helikopterlər ərazidə - YENİLƏNİB

21:06 | 04.12.2015
Xəzərdə güclü yanğın, helikopterlər ərazidə - YENİLƏNİB

Xəzərdə güclü yanğın, helikopterlər ərazidə - YENİLƏNİB

"Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub".

"Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib"

Bu barədə ANS PRESS-ə "Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: "Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir".

İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir
 
 

*** 
 
Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb
 

Bu gün baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. 

Qərargahın əlaqə telefonları:
+994 12 5211019
+994 50 2293521
+994 50 2457005

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM