Azərbaycanda minimum aylıq əməkhaqqı 11 manat artırıldı

13:47 | 21.01.2017
Azərbaycanda minimum aylıq əməkhaqqı 11 manat artırıldı

Azərbaycanda minimum aylıq əməkhaqqı 11 manat artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Report xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.

Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.

Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb