Xəzərdə neftçiləri daşıyan qayıq qəzaya uğrayıb

09:17 | 29.06.2017
Xəzərdə neftçiləri daşıyan qayıq qəzaya uğrayıb

Xəzərdə neftçiləri daşıyan qayıq qəzaya uğrayıb

yunun 28-də saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.
 
APA-nın Socar-ın saytına istinadən verdiyi xəbərə görə,  nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti