Xəzər dənizinin Qazaxıstan sahillərində çoxlu sayda suiti cəsədi aşkar edilib.
ANN-nın "aktau-business.com”a istinadən verdiyi məlumata görə, Mangistau vilayətinin Tupkaraqan rayonunda 243 ölmüş suiti tapılıb. Vilayətin Meşə təsərrüfatı və heyvanlar aləmi müfəttişliyinin sədr müavini Kuanqalı Aşaxov deyib ki, heyvanlardan götürülən nümunələrin analizinin nəticələri mayın 15-də açıqlanacaq:
"18-20 km məsafədə sahil boyu 243 suiti cəsədi var. Hidrobiologiya və virusologiya institutunun əməkdaşları 6 heyvandan analiz götürüb. Bu gün onlar Almatıya göndəriləcək. Biz torpaq və suyun nümunələrini götürmüşük.
Hər şey normalara uyğundur, suitlərin nədən öldüyü hələlik məlum deyil. Bilirik ki, Azərbaycanda - Abşeron yarımadasında da dalğalar ölü heyvanları sahilə atıb. Ehtimal var ki, suitlər qışda ölüblər, çünki bəzilərinin dərisi yox idi".
Qeyd edək ki, güclü qasırğa heyvan cəsədlərini sahilə atıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !