Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin başçılarının növbəti sammitinə hazırlıq başlayıb.
APA-nın Həştərxan vilayətinin administrasiyasının saytına istinadən verdiyi məlumata görə, sammit sentyabrın ikinci yarısında baş tutacaq.
Zirvə görüşünə hazırlıq yerlərdə də aparılır. Bu işlərlə Həştərxan şəhər administrasiyasında yaradılmış xüsusi işçi qrup məşğul olur. Qrupa Həştərxan merinin müavini, şəhər administrasiyası aparatının rəhbəri Rəsul Sultanov rəhbərlik edir.
Sammitə hazırlığın avqust ayında başa çatacağı gözlənilir.
Xatırladaq ki, bundan öncəki sammit 2010-cu ilin noyabrında Bakıda keçirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !