XI sinif şagirdlərinin nəzərinə

13:55 | 27.11.2014
XI sinif şagirdlərinin nəzərinə

XI sinif şagirdlərinin nəzərinə

Azərbaycanın bəzi məktəblərində XI sinif şagirdləri buraxılış imtahanında kimyadan imtahan verəcəklər.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən xəbərə görə, əvvəlcədən elan olunduğu kimi ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür