• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

XİN 31 Mart Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

XİN 31 Mart Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30.03.2024 23:41
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və "Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Rusiyaya nota verib
Siyasət 15:56
Azərbaycan Rusiyaya nota verib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Siyasət 14:35
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
Siyasət 14:14
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
ADB prezidenti Bakıda səfərdədir
Siyasət 12:05
ADB prezidenti Bakıda səfərdədir
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Siyasət 11:28
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub
Siyasət 11:08
Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub
Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
Siyasət 18:24
Ceyhun Bayramov Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol