XİN azərbaycanlıları Facebook-da mübarizəyə səslədi

09:00 | 12.02.2015
XİN azərbaycanlıları Facebook-da mübarizəyə səslədi

XİN azərbaycanlıları Facebook-da mübarizəyə səslədi

Facebook sosial şəbəkəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Facebook səhifəsinə "verifikasiya olunmuş səhifə” statusu verməsi sosial şəbəkə tərəfindən yol verilən ciddi yanlışlıqdır. 

Bu barədə Oxu.Az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Facebookda qondarma "Dağlıq Qarabağ Respublikası”nın adına səhifə açılması və sosial şəbəkənin bu səhifəni rəsmi quruma məxsus kimi təsdiqləməsini şərh edərkən bildirib.

H.Hacıyevin sözlərinə görə, bu kimi səhifə statusunun alınmasında müəyyən kommersiya şərtləri də öz rolunu oynayır. 

"AR-ın ABŞ-dakı səfirliyi və Los-Ancelsdəki Baş konsulluğuna bununla əlaqədar lazımı tədbirlər görülməsi üçün təlimat veriləcəkdir. Vətəndaşı cəmiyyəti və diaspora təşkilatlarının da bu məsələdə fəallıq göstərərək, öz etirazlarının Facebook-a bildirilməsini vacib hesab edirik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM