XİN bəyanat verdi

17:43 | 25.12.2013
XİN bəyanat verdi

XİN bəyanat verdi

Misirin Mənsurə şəhərində törədilmiş terror aktı ilə bağlı Xarici İşlər Nazirliyinin Bəyanatı verib. Nazirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlyumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misirin Mənsurə şəhərində törədilən terror aktını qəti şəkildə qınayır: "Və bu terror əməli nəticəsində həyatlarını itirən şəxslərin ailələrinə və yaxınlarına və Misir xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapacaqlarına ümidvarlığını bildirir".

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizə üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb