XİN Bosniya və Herseqovinaya başsağlığı verib

21:31 | 04.10.2024
XİN Bosniya və Herseqovinaya başsağlığı verib

XİN Bosniya və Herseqovinaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinaya ölkədə baş verən təbii fəlakət nəticəsində həlak olanlara görə başsağlığı verib.Bu barədə XİN-nin "X” hesabında paylaşım edilib.

"Bosniya və Herseqovinanın Yablanika şəhərində torpaq sürüşmələri və daşqınların törətdiyi və çoxlu sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir.
Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir, Bosniya və Herseqovina ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM