• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

XİN-dən Ermənistanın yaydığı əsassız məlumatlara SƏRT REAKSİYA

XİN-dən Ermənistanın yaydığı əsassız məlumatlara SƏRT REAKSİYA
30.09.2020 17:44
"Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır”.
 
Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib:

"Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.

Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır.

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.

Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol