Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin mandatından uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
XİN mətbuat xidmətindən Oxu.Az-a daxil olan xəbərə görə, Alexis Şahtaxtinskinin təyinat müddəti bitib:
"ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib.
ATƏT-dən verilən məlumata görə Fransa Hökuməti vətəndaşlığını daşıyan Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter” hesabında buna səbəb kimi ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyini əsas olaraq göstərmişdi.
O bildirmişdi ki, ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer A.Şahtaxtinskiyə prezident İlham Əliyevlə şəkil çəkdirməsini irad tutmuşdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !