XİN-dən vətəndaşlara terror təhlükəsi xəbərdarlığı

14:35 | 23.11.2015
XİN-dən vətəndaşlara terror təhlükəsi xəbərdarlığı

XİN-dən vətəndaşlara terror təhlükəsi xəbərdarlığı

"Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik”.
 
APA-nın xəbərinə görə, bu xəbərdarlıqla Azərbaycan Xarici İşlər Nazirliyi çıxış edib. XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: "Hazırda NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM