XİN Fransanın xarici işlər nazirinə cavab verib

09:38 | 12.10.2023
XİN Fransanın xarici işlər nazirinə cavab verib

XİN Fransanın xarici işlər nazirinə cavab verib

Fransanın Azərbaycanla təhdid və təziq dili ilə danışması heç bir nəticə verməyəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatda deyilir. 
 
Bir gün əvvəl Fransa xarici işlər naziri bildirib ki, Azərbaycan 100 mindən çox erməninin Qarabağdan çıxmasını planlaşdırıb və təşkil edib. 
 
"Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir. Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır", - Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında qeyd olunub. 
 
Azərbaycan 19 sentyabrda Qarabağda lokal əməliyyat keçirdiyini bəyan edib.Sentyabrın 20-də Qarabağda qondarma rejim ağ bayraq qaldıraraq atəşkəsin əldə olunması ilə bağlı Azərbaycanın şərtlərini qəbul etdiyini açıqlayıb. Bundan sonra Qarabağ erməniləri Ermənistana köç etməyə başlayıb. Azərbaycan tərəfi onlara reinteqrasiya ilə bağlı təkliflərini təqdim edib.

Qondarma rejim yanvarın 1-dən ləğv olunmasını elan edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM