XİN hansı təşkilatları seçkilərə dəvət edib? - RƏSMİ

10:05 | 29.12.2023
XİN hansı təşkilatları seçkilərə dəvət edib? - RƏSMİ

XİN hansı təşkilatları seçkilərə dəvət edib? - RƏSMİ

Xarici İşlər Nazirliyi 2024-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərib. Bu barədə Report məlumat verib. 
 
Bir gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, prezident seçkiləri ilə bağlı nazirlik artıq öz üzərinə düşən işlərə başlayıb. 
 
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırda namizədliyini irəli sürən 15 şəxsin müraciəti təsdiq olunub. 
 
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
 
Gülnar Nazimqızı

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti