Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) zəlzələ nəticəsində dünyasını dəyişən insanlara görə Çinə başsağlığı verib.
Bu barədə qurumun Tvitter hesabında paylaşım edilib.
"Çində çox sayda insan tələfatı və xəsarətlərə səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - XİN-in məlumatında deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !