XİN - Müharibədən sonra mina qurbanlarının sayı 340-a çatıb

17:04 | 07.12.2023
XİN - Müharibədən sonra mina qurbanlarının sayı 340-a çatıb

XİN - Müharibədən sonra mina qurbanlarının sayı 340-a çatıb

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 340 çatıb. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub. 
 
"Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmaqda davam edir. Bu gün Şuşa və Füzuli rayonlarında minanın partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır xəsarət alıb. 44 günlük müharibənin bitməsindən bəri qurbanların sayı 340 nəfərə çatıb", - məlumatda qeyd olunub.
 
Bundan əvvəl Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib ki, Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard itki deməkdir. 
 
Həmçinin millət vəkili Tahir Mirkişili vurğulayıb ki, beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. 
 
Deputat Hicran Hüseynova mina düşən şəxslərlə bağlı beynəxalq məhkəmələrə müraciət etməyi təklif edib. 
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
Noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM