Xınalıqda 25 sm hündürlükdə qar yağıb

11:28 | 13.03.2018
Xınalıqda 25 sm hündürlükdə qar yağıb

Xınalıqda 25 sm hündürlükdə qar yağıb

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

Martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub. (AzərTAc)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM