Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.
Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !