Xocavənd və Şuşadakı Azərbaycan mövqeləri atəşə tutulub

21:36 | 07.06.2023
Xocavənd və Şuşadakı Azərbaycan mövqeləri atəşə tutulub

Xocavənd və Şuşadakı Azərbaycan mövqeləri atəşə tutulub

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan bölmələri  tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordunun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM