• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Xüsusi təyinatlılar səfərbər edildi – Türkiyə

Xüsusi təyinatlılar səfərbər edildi – Türkiyə
12.06.2014 12:04
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı birləşməsi terrorçu İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı tərəfindən əsir götürülən diplomatların və onların ailələrinin azad edilməsi üçün səfərbər edilib. 
AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xüsusi təyinatlıların komandanlığındam bildirilib ki, siyasi əmr veriləcəyi təqdirdə, artıq hazır olan əməliyyat planına uyğun olaraq, zəruri addımlar atıla bilər. 
Məlumatda vurğulanıb ki, Mosuldan sonra İŞİD-in Kərkükü tutmaq ehtimalı olduğundan, əməliyyatın daha geniş miqyasda aparılması da nəzərdə tutulub. 
Əməliyyat Baş Qəraragahla koordinasiya şəklində həyata keçiriləcək. Hazırda Milli İstihbarat Təşkilatının informasiyalarına əsasən əməliyyat tədbirləri hazırlanır. 
Xatırladaq ki, İŞİD dünən Mosulda yerləşən türk konsulluğuna hücum edib. Vəhabilər Konsulluqdakı 48 işçi olmaqla 2-si azyaşlı olan diplomat və onların ailə üzvlərini girov götürüblər. 
İraq hökuməti isə Mosul və ölkənin şimal bölgəsində İŞİD qoşunlarının irəliləməsi və yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Terrorçular Səddam Hüseynin doğulduğu Tikriti də ələ keçirib. 
Hazırda İŞİD qoşunlarının Bağdadın 150 km-də olduğu bildirilir. 
Silahlılar, eyni zamanda, bölgədə bir neçə televiziya binasını da tutublar.
Rəsmilər qrupun yerli həbsxanalardan birindən 1400 nəfəri azadlığa buraxdığını bildiriblər. Minlərlə insan zorakılıqlardan qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.
Mosulun ətraf rayonlarında silahlı qarşıdurmalar gün ərzində davam edib. Hələlik qarşıdurmalar zamanı nə qədər insan itkisi olması barədə məlumat verilmir.
Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Dünya 10:30
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Mask yeni partiya yaratdığını elan edib
Dünya 10:02
Mask yeni partiya yaratdığını elan edib
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol