Azərbaycanın Xəzər sahilində yerləşən Xudat şəhəri MDB ölkələri arasında ən yaxşı kurortların ilk onluğunda yer alıb.
APA-nın "rus.azattyk.org” saytına istinadən verdiyi xəbərə görə, reytinqə Qırğızıstanın İssık Kul gölü başçılıq edir.
Reytinq turistlər üçün otelin bron edilməsi, turoperatorların köməyi olmadan sərbəst hərəkət etməsi kimi amillər nəzərə alınaraq hazırlanıb.
Reytinq siyahısında Qazaxıstanın Borovoye, Ermənistanın Sevan və Belarusun Naroç kurortları da var.
Travel.ru portalının məlumatına görə, 2015-ci ildə turistlər arasında ən çox məşhur olan şəhərlər Bakı, Minsk, İrəvan, Kişinyov, Almatı, Kiyev, Astana, Vitebsk, Bişkek və Odessa olub.
Tədqiqatın nəticəsinə görə, əgər Gürcüstan MDB-nin tərkibinə daxil olsaydı, qeyd edilən "onluğa” Batumi və Tiflis şəhərləri də daxil olardı.
Qeyd edək ki, məşhur istirahət mərkəzlərinin yerləşdiyi Nabran da Xudatdadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !