Xudatda azyaşlının döyülməsi ilə bağlı tibbi ekspertiza təyin edilib - Yenilənib

21:59 | 09.09.2024
Xudatda azyaşlının döyülməsi ilə bağlı tibbi ekspertiza təyin edilib - Yenilənib

Xudatda azyaşlının döyülməsi ilə bağlı tibbi ekspertiza təyin edilib - Yenilənib

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.Bu barədə DİN - nin Mətbuat Xidmətinin Quba regional qrupundan  bildirilib.
 
Tibbi ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

20:21

Xudat şəhərində azyaşlı döyülüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür