Xuliqanlıqda təqsirləndirilən idmançıların məhkəməsi bitib

14:53 | 01.07.2024
Xuliqanlıqda təqsirləndirilən idmançıların məhkəməsi bitib

Xuliqanlıqda təqsirləndirilən idmançıların məhkəməsi bitib

Səbail Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və onun tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovun cinayət işi üzrə hakim Azər Tağıyevin rəhbərliyi ilə növbəti məhkəmə iclası keçirilib.

Dövlət ittihamçısı idmançıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Tofiq Musayevin də həbsini tələb edib. 

Təqsirləndirilən şəxslər son vəsatətlərini verərək, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər. Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çıxıb. 

Təqsirləndirilən Xəzər Rüstəmov, Rüfət Əsədov, Ruslan Əfəndiyev, Vüqar Kərimov 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Tofiq Musayev 1500 manat cərimə olunub.

Hadisə ötən ilin noyabrında paytaxtın Səbail rayonunda yerləşən "Deniz Mall” ticarət mərkəzində baş verib. Təqsirləndirilən şəxslər əlbəyaxa dava edib və bu zaman idmançı Həsən Əzizov döyülüb.

Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib. İstintaq zamanı Tofiq Musayev və Mehman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb