Yağışa görə Bakıda məktəbin hasarı uçdu - Dərslər təxirə salındı

11:53 | 22.10.2024
Yağışa görə Bakıda məktəbin hasarı uçdu - Dərslər təxirə salındı

Yağışa görə Bakıda məktəbin hasarı uçdu - Dərslər təxirə salındı

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə "Report"a məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib.

" Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb",- məlumatda qeydn edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti