Yanacaqla bağlı maraqlı statistika

12:58 | 13.12.2014
Yanacaqla bağlı maraqlı statistika

Yanacaqla bağlı maraqlı statistika

Ötən il ən çox avtomobil satılan və ən çox avtomobilə sahib olan ölkələrin statistikası hesablanıb.

ANS PRESS-in məlumatına görə, bu siyahının ilk pilləsində 23 milyon 44 min motorlu minik vasitəsi satışı ilə Çin dayanır. Siyahının ikinci pilləsində isə 15 milyon 944 min motorlu minik vasitəsi satışı ilə ABŞ qərarlaşıb.

Dünyada adambaşına düşən motorli minik vasitəsi sayına görə isə ABŞ ilk yerdədir. Bu ölkədə hər 1 000 nəfərin 923 avtomobili var. Çində isə hər 1 000 nəfərin sadəcə 75 motorlu minik vasitəsi var.

ABŞ yanacaq istehlakına görə də dünyada birinci yerdədir. Ötən il dünyada benzinin 37.3 %-ni, dizelin 14.4 %-ni ABŞ istehlak edib. ABŞ-da gündəlik benzin sərfiyyatı 8.72 milyon barrel, dizel sərfiyyatı isə 3.44 milyon barrel olaraq hesablanıb.

Ötən il dünyada gündəlik benzin sərfiyyatı 23.37 çilyon barrel, dizel sərfiyyatı 23.95 milyon barrel hesablanıb.

Statistikaya görə, ölkələr üzrə 1 000 nəfər düşən motorlu minik vasitəsi sayı belədir:

ABŞ – 923
İtaliya – 706
Almaniya – 617
Fransa – 608
İngiltərə - 608
İspaniya – 556
Yaponiya – 545
Polşa – 497
Bolqarıstan – 460
Mlaziya – 433
Koreya – 364
Rusiya – 320
Rumıniya – 258
Braziliya – 171
Türkiyə - 164

Dünyada isə hər 1000 165 motorlu minik vasitəsi var.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM