İstintaq hadisənin səbəblərini və prosesin baş vermə şəraitini araşdırır
Binaqədi rayonunda 14 binanın penoplast lövhələrlə üzlənməsi üçün heç bir müqavilə bağlanmayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin "Xəbərsizsiniz” verilişində Binəqədi rayonundan millət vəkili seçilmiş Rəfail Cəbrayılov bildirib.
Onun sözlərinə görə, fakt artıq istintaq səviyyəsində təsdiqlənib. Lakin bununla bağlı məsələ fundamental arışdırılmalıdır. "Məsələ ilə bağlı araşdırmalar davam edir və şübhəli şəxs qismiində 4 nəfər həbsə alınıb. Amma bununla belə, istintaqın nəticələrini gözləmək lazımdır. İstintaq nəinki hadisənin səbəblərini, həmçinin prosesin baş vermə şəraitini araşdıracaq”, - deyə Rəfail Cəbrayılov vurğulayıb.
Millət vəkili bildirib ki, binalar təmir olunmazdan öncə həmin lövhələr müvafiq qurumlar tərəfindən yoxlanılmayıb.
Tam versiya videoformatda:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !